Dəniz nəqliyyatı bir çox hallarda təcili ehtiyacdır, bəzən isə yükün lazımı yerə çatdırılması üçün yeganə mümkün vasitədir.
Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı yükdaşıyıcının seçimi üzrə ciddi meyarlar nəzərdə tutulmuşdur. Bu meyarlara uyğun olaraq, biz beynəlxalq logistika sahəsində bütün xidmətlərimizi yüksək keyfiyyətlə həyata keçiririk. Bunlara aşağıdakılar daxildir:
Konteynerlərin daşınması üzrə xidmətlər (FCL)
Layihə yükdaşımaları
Konteynerlərə texniki xidmətin göstərilməsi üçün terminallar və şirkətin konteynerlərində yüklərin daşınması üzrə xidmətlər
Dəniz yolu ilə yükdaşımaların üstünlükləri
Universallıq – müxtəlif növ yüklərin (neftdən tutmuş sənaye mallarına kimi) daşınmasına imkan verir.
Tezsınan malların təhlüləsiz daşınmasına şərait yaradır.
Mütəxəssislərimiz bu daşımalar üçün lazımı şərait yaradıb, hər bir daxil olan istek və sifarişə individual olaraq yanaşırlar.
Əməkdaşlığın rahatlığı üçün, müxtəlif ödəniş formaları nəzərdə tutulmuşdur.