Qrupaj yüklərin çatdırılması - “RATE MMC” şirkətinin fəaliyyətində prioritet istiqamətlərindən biridir. Biz müştəridən gələn hər bir sorğuya fərdi yanaşırıq. Sizin istəyiniz və yükün harada olmasından asılı olaraq, biz çatdırılmanın müddət və qiyməti haqqında ən optimal variant təklif edə bilərik. Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür. Müxtəlif alıcılara məxsus olan kiçik partiyalardan ibaret olan yüklər bir nəqliyyat vasitə ilə daşınılır. Belə ki, nəqliyyat vasitəni bütovklükdə fraxt etməyə ehtiyac olmur. Qrupaj yüklərin daşınmasının müxtəlif mərhələlərində, çatdırılmanın marşurutundan asılı olaraq, cürbəcür nəqliyyat vasitələrinin xidmətlərindən istifadə mümkündür.
Yüklər, dünyanın istənilən nöqtəsindən, müəyyən marşrut və istənilən nəqliyyat növü (avia, dəmiryolu, dəniz, quru yolu) vasitəsilə, konsolidasiya olan anbarlarımıza çatdırıldıqdan sonra Azərbaycana, eləcədə Gürcüstana doğru göndərilir. Yük müştəri və ya şirkətimiz tərəfindən anbara çatdırıla bilər. Ehtiyac yarandıqda, qablaşdırma və yenidən qablaşdırma xidmətləri göstərilir.
“RATE MMC” şirkəti özünü, razılaşdırılmış tarixdə yüklərin çatdırılmasına zəmanət verərək, qrupaj yüklərin daşınması üçün ən əlverişli şərait yaradan etibarlı tərəfdaş kimi tanıtmışdır.
Qrupaj yüklərin daşınması zamanı əlavə xidmətlər
Sığorta məsuliyyəti
Gömrük rəsmiləşdirilməsi
İcazə sənədlərinin hazırlanması
Müşaiyət etmə (Ekspeditorluq)
Qismən çatdırılma
Yüklərin anbarda emalı (saxlama, markalama və əlavə qablaşdırma)
Xidmətin üstünlükləri
“Qapıdan-qapıya” çatdırılma
Dünyanın istənilən nöqdəsindən çatdırılma
1 kq. başlayaraq daşıma
Sığorta məsuliyyəti
Dünya üzrə konsolidasiya anbarları şəbəkəsi
Həmişə əlaqədə olan sizin şəxsi menecer